Şəhidin xatirəsinə turnir təşkil olundu - Şəkil

Şəhidin xatirəsinə turnir təşkil olundu - Şəkil
Digər, Cüdo
02 Aprel 2023 - 23:55
Supersport.Az-ın məlumatına görə, şəhid Müşviq Abbasovun əziz xatirəsinə həsr olunmuş cüdo üzrə turniri keçirilib.



Bir 3 kişi ve ayakta duran insanlar görseli olabilir



Bir 2 kişi, iç mekan ve yazı görseli olabilir

2 apreldə “Sərhədçi” İdman Mərkəzində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Müşviq Abbasovun xatirəsinə həsr olunan 16 yaşa qədər yeniyetmə oğlanlar arasında "Qəbələ" İdman Klubunun açıq cüdo turniri keçirilib.


Yarışın açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



Turnirdə 21 klub, cəmiyyət və idman təşkilatından olan 167 cüdoçu medallar uğrunda mübarizə aparıb. 8 çəki dərəcəsində qaliblər müəyyənləşib.



Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Müşviq Qabil oğlu Abbasov Vətən müharibəsi zamanı Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Müşviq Abbasov ölümündən sonra "Ağdamın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Digər xəbərlər