Şəhid ailələri, qazilər, aztəminatlı ailələr üçün pulsuz məşq

Şəhid ailələri, qazilər, aztəminatlı ailələr üçün pulsuz məşq
Digər, Cüdo
02 Aprel 2023 - 19:00

Supersport.Az-ın məlumatına görə, Ağcabədi rayonunda Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi ilə "EVO" idman klubunun yeni cüdo zalı fəaliyyətə başlayıb.

Mirzə Fətəli Axundov adına 3 saylı məktəb-liseyin nəzdində yerləşən cüdo zalında yeniyetmələrin və gənclərin cüdo ilə məşğul olması üçün bütün şərait yaradılıb.

Cüdo məşq zalı ACF tərəfindən Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan "Taishan" firmasının tatamiləri ilə təchiz olunub.




Şəhid ailələri, qazilər və aztəminatlı ailələr üçün dərslər ödənişsiz keçiriləcək.



Digər xəbərlər