Səid Mollayi 2-ci, Hidayət Heydərov 3-cü oldu

Səid Mollayi 2-ci, Hidayət Heydərov 3-cü oldu
Digər, Cüdo
01 Aprel 2023 - 20:17
Türkiyənin Antalya şəhərində "Böyük Dəbilqə" turnirinin ikinci yarış günü keçirilir.

Supersport.Az-ın məlumatına görə, bu gün iki çəki dərəcəsində 4 cüdoçumuz medallar uğrunda mübarizə aparır.

Kişilər arasında 73 kiloqram çəkidə Hidayət Heydərov uğurlu çıxışla başlayıb. Heydərov ikinci mərhələdən mübarizəyə başlayaraq əvvəlcə monqol Erdenebayar Batzayı, ardından ipponla rumın İoan Dzitakı, 1/4 finalda ukraynalı Vladislav Kazimirovu məğlub edərək yarımfinala vəsiqə qazanıb. Hidayət Heydərov finala adlamaq üçün itaiyalı Manuel Lombardoya uduzub. Hidayət üçüncü yer uğrunda digər idmançımız Nurlan Osmanovla qarşılaşmada qalib gəlib. Nurlan 5-ci olub.

81 kiloqram çəkidə Səid Mollayi də yarımfinala vəsiqə qazanıb. Səid bu mərhələyədək bütün rəqiblərini ipponla məğlub edib. Mollayi ikinci mərhələdə sloveniyalı Jusun, ardından monqol Bolor-Oçirin, 1/4 finalda niderlandlı Frank De Vitin kürəyini yerə vurub. Səid Mollayi yarımfinalda özbək Şarofiddin Boltaboyevi də ipponla udaraq finala çıxıb. Dünya reytinqində üçüncü olan Səid, qızıl medal qarşılaşmasında reytinqin ikincisi, belçikalı Mattias Kasse ilə gücünü sınayıb. Gərgin görüş 20 dəqiqədən artıq çəkib. Sonda qalib gələn belçikalı idmançı azərbaycanlı cüdoçunun başını sığallayıb.

Bu çəkidə təmsilçimiz Zelim Tçkayev üçüncü mərhələdə fransız yarımfinalçı Omar Alfayla bacarmayıb.

 

Digər xəbərlər