Cüdoçularımız uğursuz başladı

Cüdoçularımız uğursuz başladı
Digər, Cüdo
31 Mart 2023 - 16:17
Türkiyədə cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start verilib. Antalyada 3-cü dəfə "Qran Pri" yarışı keçirilir və mükafat fondu 154 min dollar təşkil edir.

Supersport.Az xəbər verir ki, turnirin ilk günündə Azərbaycanın 8 idmançısı 5 çəki dərəcəsində mübarizə aparıb.

Nazir Talıbov (60 kq) 1/4 finalda məğlub olub, təsəlliverici görüşdə də belçikalı Yorre Verstraetenə uduzaraq medal qazanmaq fürsətini qaçırıb.

Millinin digər üzvlərindən Yaşar Nəcəfov (66 kq) 1/32 finalda, Kəramət Hüseynov (60 kq) 1/16 finalda, Orxan Səfərov (66 kq) 1/8 finalda mübarizəni dayandırıblar.

Qadın cüdoçulara gəlincə, Leyla Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) startda yarışla vidalaşıblar. Könül Əliyeva (48 kq) ilə Gültac Məmmədəliyeva (52 kq) isə 1/8 final səddini keçə bilməyiblər.

Aprelin 2-də yekun vurulacaq turnirdə 83 ölkədən 337 kişi, 263 qadın cüdoçu mübarizə aparacaq.

 

Digər xəbərlər