Azərbaycanın hakimi beynəlxalq yarışda oldu

Digər, Cüdo
27 Mart 2023 - 18:00
Supersport.Az-ın məlumatına görə, 24-27 martda Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü "A" kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alıb.
N.Umbayev yarışda qadınlar arasında -52 kq. çəkidə final görüşünü və -70 kq. çəkidə bürünc medal uğrunda görüşü idarə edib.