"Qarabağ" - "Qalatasaray" matçını azarkeş, media ordusu izləyəcək

"Qarabağ" - "Qalatasaray" matçını azarkeş, media ordusu izləyəcək
Futbol, Eksklüziv
25 Mart 2023 - 08:39
Supersport.Az-ın əldə etdiyi xəbərə görə, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" xeyriyyə matçına böyük maraq var. İstər azarkeşlər, istərsə də media nümayəndələri bu oyunu xüsusi diqqətdə saxlayıblar.

Supersport.Az-a açıqlamasında Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bu haqda məlumat verib.

Satışa çıxarılan 62 min biletdən 60 mindən çoxunu azarkeşlər alıbar. Qarşılaşma üçün 3, 5, 30 manatlıq biletlər qurtarıb, yalnız 50-100 manatlıqlar qalıb.

Bakı Olimpiya Stadionunun tamaşaçı tutumu 68,700-dür. Qarşılaşma martın 26-ı saat 20:00-da oynanılacaq və idman qurğusunu azarkeşlərin dolduracağı şübhə doğurmur.

"Qarabağ" - "Qalatasaray" qardaşlıq oyununa mətbuatın marağına gəlincə, 200-dən çox media təmsilçisi qeydiyyatdan keçib.

Dostluq matçından əldə olunacaq qazanc Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Digər xəbərlər