“FİFA reytinqinə baxanda Millətlər Liqası ilə qitə çempionatı arasında fərqi görmək mümkündür. Bizim məqsədimiz Almaniyada keçiriləcək Avropa çempionatına getməkdir”.
Supersport.Az xəbər verir ki, Türkiyə millisinin baş məşqçisi Stefan Kuntz Avro-2024-ün seçmə mərhələsində Ermənistanla oyun öncəsi keçirilən mətbuat konfransında belə deyib.
Stefan Kuntz erməni müxbirin “Məğlub olsanız, ölkənizə necə qayıdacaqsınız?” sualını belə cavablandırıb: “Mən beynimdə o ssenarini düşünmürəm”.