Azər Şıxəliyevə 6-cı dan sertifikatı təqdim edildi

Azər Şıxəliyevə 6-cı dan sertifikatı təqdim edildi
Digər, Cüdo
16 Mart 2023 - 20:02

Supersport.Az-ın məlumatına görə, 16 martda Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən 15 yaşa qədər kiçik yaşlı yeniyetmələr arasında Bakı şəhər birinciliyinin sonuncu yarış günündə əməkdar məşqçi Azər Şıxəliyevə 6-cı dan sertifikatı təqdim edilib.



Azər Şıxəliyev 12 il Azərbaycan cüdo üzrə milli yığmasının məşqçisi kimi çalışıb, bir sıra dünya və Avropa mükafatçıları yetişdirib.



Dan sertifikatı Azərbaycan Cüdo Federasiyası Prezidentinin müşaviri Natiq Bağırov tərəfindən təqdim olunub.



Qeyd edək ki, dan, ustalıq dərəcəsinə və şəxslərin cüdoya verdiyi töhfələrə əsasən təqdim edilir. 6-cı dan dərəcəsi Azərbaycan Cüdo Federasiyasının verəcəyi ən yüksək dərəcədir. Bundan yüksək digər dan dərəcələri isə Beynəlxalq Cüdo Federasiyası və Avropa Cüdo Birliyi tərəfindən təqdim olunur.

Digər xəbərlər