Yığmamız Tiflisdə mübarizə aparacaq

Yığmamız Tiflisdə mübarizə aparacaq
Digər, Cüdo
16 Mart 2023 - 11:01
Martın 24-26-da Tiflisdə cüdo üzrə "Böyük dəbilqə" turniri keçiriləcək.

Yarışda 61 ölkədən cüdoçular medallar uğrunda mübarizə aparacaqlar.

Supersport.Az xəbər verir ki, turnirdə ölkəmizi 13 idmançı təmsil edəcək.

Ölkəmizin idman şərəfini Kəramət Hüseynov, Turan Bayramov (hər ikisi 60 kq), Kamran Süleymanov (66 kq), Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Rüstəm Orucov, Elcan Hacıyev (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), Camal Həmzətxanov (100 kq-dan yuxarı), Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Fidan Əlizadə (57 kq) qoruyacaqlar.

 

Digər xəbərlər