Bakı birinciliyində 1000-dən çox idmançı mübarizə aparacaq

Bakı birinciliyində 1000-dən çox idmançı mübarizə aparacaq
Digər, Cüdo
12 Mart 2023 - 16:00
Martın 14-16-da Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 15 yaşa qədər kiçik yaşlı yeniyetmə cüdoçular arasında Bakı şəhər birinciliyi keçiriləcək.

Supersport.Az xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq yarışda Bakının 69 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 1043 (947 oğlan, 96 qız) cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Yarışın əsas məqsədi yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

Turnir 23-26 mayda keçiriləcək 15 yaşa qədər kiçik yaşa qədər yeniyetmələr arasında Azərbaycan birinciliyinə seçim xarakteri daşıyır.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

Digər xəbərlər