Cüdoçular Açıq Avropa turnirinə qatılacaq

Cüdoçular Açıq Avropa turnirinə qatılacaq
Digər, Cüdo
09 Mart 2023 - 20:01

Supersport.Az-ın məlumatına görə, 11-12 martda İtaliyanın paytaxtı Roma şəhərində cüdo üzrə Açıq Avropa turniri keçiriləcək. 36 ölkədən 401 idmançının iştirak edəcəyi yarışda Azərbaycan 11 cüdoçu ilə təmsil olunacaq.




Cüdoçularımıza böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Mövlud Mirəliyev və Mehman Əzizov rəhbərlik edəcək.



Azərbaycanın cüdo üzrə milli yığmalarının baş həkimi Ramil Vəliyev yarışda komissar həkim kimi fəaliyyət göstərəcək.



Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri "A" kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova və Olimpiya dərəcəli hakim Fariz Hüseynov turnirdə ədalət təmsilçiləri sırasında yer alacaq.




-60 kq.


Rəşad Yelkiyev

Kənan İsmayılov




-66 kq.


İsmayıl İbrahimov

Tofiq Əliyev




-73 kq.


İbrahim Əliyev

Telman Vəliyev




-81 kq.


Məhərrəm İmamverdiyev

Zaməddin Poladov




-100 kq.


Adil Kərimli

Ruslan Nəsirli

Aslan Mirzəyev

Digər xəbərlər