Millimiz Yaponiyada hazırlaşır

Millimiz Yaponiyada hazırlaşır
Digər, Cüdo
01 Mart 2023 - 15:37

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli yığma komandasının 6 üzvü fevralın 28-dən etibarən Yaponiyada təşkil edilən cüdo təlim düşərgəsində iştirak edir.



Supersport.Az-ın milli quruma istinadən məlumatına görə, idmançılar hazırlıq prosesini martın 11-nə qədər Tsukaba Universitetində, 12-dən 18-dək isə Kokuşikan Universitetində davam etdirəcək. Təlim-məşq toplanışında Nizami İmranov, Nurlan Kərimli, Samir Piriyev, Ömər Rəcəbli, Vüqar Talıbov və Kənan Nəsibov iştirak edirlər. Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edir.



Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına uzunmüddətli hazırlığın bir hissəsidir.



Hazırlıq prosesinə Azərbaycan cüdoçuları ilə yanaşı İsrail və Yaponiyanın gənc oğlanlardan ibarət yığmaları da qatılıblar.

Digər xəbərlər