"Xarı bülbül"dən növbəti qələbə

Digər, Voleybol
01 Mart 2023 - 09:19
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında daha bir təxirə salınan oyun keçirilib.
Supersport.Az xəbər verir ki, 7-ciI turun baş tutmayan “Xarı bülbül” – MOİK matçı Voleybol Mərkəzində təşkil olunub.
Qarşılaşma Şuşa klubunun üstünlüyü ilə başlayıb. İlk hissədə 27:25 hesabı ilə qalib gələn “Xarı bülbül” komandası sonrakı setləri də aktivinə yazıb – 25:08, 25:19.
Beləliklə, bu matçdan sonra Azərbaycan Yüksək Liqasında 3-cü dövrə başa çatıb. Üç dövrədən sonra “Murov” 26 xalla turnir cədvəlinə liderlik edir. 15 xala malik “Xarı bülbül” ikinci, 12 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.