Supersport.Az-ın məlumatına görə, kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında təxirə salınan oyunların keçiriləcəyi vaxt dəqiqləşib.
Fevralın 25-də VI turdan təxirə salınmış “Xarı bülbül” – “Murov” qarşılaşması keçiriləcək. Oyun saat 15:00-da başlayacaq.
Fevralın 28-də isə VII turun təxirə salınan “Xarı bülbül” – MOİK matçı təşkil olunacaq. Bu görüşün start fiti saat 16:00-da çalınacaq.
Hər iki matç Voleybol Mərkəzində keçiriləcək.