11 məşqçi imtahandan keçə bilmədi

11 məşqçi imtahandan keçə bilmədi
Digər, Cüdo
21 Fevral 2023 - 10:11

Beynəlxalq Cüdo Federasiyasının Akademiyasının məşqçi sertifikat proqramına yekun vurulub.



Bir 4 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir



Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasının birinci səviyyə cüdo məşqçiliyi sertifikatı proqramı çərçivəsində 6-18 fevral 2023-cü ildə Bakı şəhərində yekun təlimlər və imtahanlar keçirilib.




Supersport.Az-a milli qurumdan verilən məlumata görə, Azərbaycan Cüdo Federasiyasının Akademiya ilə 2022-ci ilin mart ayından başlayan əməkdaşlığı nəticəsində qeyd edilən proqrama 80-dən yuxarı cüdo məşqçisi cəlb edilib. Nəzəri sınaqları uğurla başa vuran 79 cüdo məşqçisi əyani surətdə imtahan verərək müvafiq sertifikatı əldə etmək imkanı qazanıblar.


68 məşqçi imtahandan keçərək birinci səviyyə cüdo məşqçiliyi sertifikatı əldə edib. Beynəlxalq Cüdo Federasiyasının Akademiyasının proqramında iştirak edən hər bir məşqçiyə Beynəlxalq Olimpiya Komitəsinin iştirakçı sertifikatı təqdim olunub.



Bir 7 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 4 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 4 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Digər xəbərlər