Azərbaycan cüdoçusu dünya reytinqində birinci pillədə

Azərbaycan cüdoçusu dünya reytinqində birinci pillədə
Digər, Cüdo
20 Fevral 2023 - 18:00

Resim

Tel-Əviv şəhərində keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə -100 kq. çəkidə mübarizə aparan idmançımız Zelim Kotsoyevin finalda niderlandlı Mixael Korrela qalib gələrək qızıl medal qazandığı haqda məlumat vermişdik.

Niderlandlı idmançı öz çəkisində dünya reytinqində hazırda birinci yerdədir.




Supersport.Az-ın məlumatına görə, Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytında dərc olunan məqaləyə əsasən Zelim Kotsoyev dünya cüdo yarışlarında artıq stabil və davamlı nəticə əldə edib. O, ardıcıl olaraq böyüklər arasında Daşkənddə Dünya çempionatında, İsraildə keçirilən "Masters" turnirində və Parisdə "Böyük Dəbilqə" yarışında bürünc medal qazanıb.




Müəllif qeyd edib ki, iki idmançı arasında fərq az idi: Korrel dünya reytinqində 2-ci, Kotsoyev isə 3-cü yerdə idi.


Final görüşü zamanı Korrel iki "şido" alıb. Niderlandlı idmançı Kotsoyevin sürətinə çata bilmirdi və idmançımız "sato-makikomi" nümayiş etdirərək "ippon"la qalib gəlib.






Hazırda Zelim Kotsoyev Olimpiya Dünya Reytinq siyahısında 2250 xalla -100 kq. çəki dərəcəsində birinci yerdə qərarlaşıb. Korrel 2184 xalla ikincidir.



Resim

Digər xəbərlər