"Gəncə"dən çətin, "Neftçi"dən asan qələbə

"Gəncə"dən çətin, "Neftçi"dən asan qələbə
Digər, Voleybol
18 Fevral 2023 - 22:17
Supersport.Az-ın məlumatına görə, 18 fevralda "Sərhədçi" İdman Mərkəzində, 18-ci turun iki oyunu keçirilib.

Günün ilk oyunu "Sabah BK" və "Gəncə BK" basketbolçuları arasında baş tutub. Oyunun ilk hissəsində "Sabah BK" qalib olsa da, geri dönüş edən gəncəlilər yekunda 81-76 hesablı qələbə qazanıblar. Ən məhsuldar basketbolçular: "Sabah BK" ( Entoni Patti - 17 xal, 10 ribaund ), "Gəncə BK" ( Cordan Endryus - 19 xal, 10 ribaund ).

Günün ikinci oyununda paytaxt klubu "Neftçi İK", region komandası "Olimpik Şəki BK" basketbolçularını qəbul edib. İlk perioddan üstünlüyə sahib olan paytaxt klubu yekunda 88-69 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular: "Neftçi İK" ( Yuri Kondrakov - 29 xal, 10 ribaund), "Olimpik Şəki BK" ( Davante Kuper - 13 xal, 5 ribaund).

Qeyd edək ki, turun son oyunu 19 fevral Astara Olimpiya İdman Kompleksində "Zirvə Astara BK" - "Sərhədçi PİK" arasında keçiriləcək.

Digər xəbərlər