Cüdoçumuz ikinci oldu

Digər, Cüdo
16 Fevral 2023 - 21:31
Supersport.Az-ın məlumatına görə, Azərbaycan cüdoçusu Orxan Səfərov İsrailin Təl-Əviv şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb.
İdmançımız həlledici görüşdə Gürcüstan təmsilçisi Vaja Marqvelaşviliyə məğlub olaraq ikinci olub.
Qeyd edək ki, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov yarımfinalda gürcüstanlı idmançı Laşa Nadiradzeni məğlub edib.
Turnirin birinci günündə tatami üzərinə çıxan cüdoçumuz finala gedən yolda ardıcıl olaraq Hoakin Tovalyari (Argentina), David Qarsiya (İspaniya) və Denislav İvanovdan (Bolqarıstan) üstün olub.
Ölkəmiz turnirdə 10 cüdoçu ilə təmsil olunur.
Üç gün davam edəcək yarışda 52 ölkədən 398 idmançı iştirak edir.
"Böyük Dəbilqə" fevralın 18-də yekunlaşacaq.