31 məşqçi sertifikat aldı - Foto

31 məşqçi sertifikat aldı - Foto
Digər, Cüdo, Foto
13 Fevral 2023 - 14:41


Bu gün Bakıda Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasının cüdo məşqçiliyi sertifikat proqramının ilk hissəsi yekunlaşıb.




Supersport.Az-ın milli quruma istinadən məlumatına görə, təlimin birinci hissəsində 36 məşqçi iştirak edib və onlardan 31-i imtahandan uğurla keçib. Bugündən etibarən proqramın ikinci hissəsi başlayıb, növbəti imtahan isə fevralın 17-18-si baş tutacaq. Beynəlxalq Cüdo Federasiyasının Akademiyasının proqramında iştirak edən hər bir məşqçiyə Beynəlxalq Olimpiya Komitəsinin iştirakçı sertifikatı təqdim olunub.





Azərbaycan Cüdo Federasiyasının BCF-in Akademiyası ilə 2022-ci ilin mart ayından başlayan əməkdaşlığı nəticəsində qeyd edilən proqrama 80-dən yuxarı cüdo məşqçisi cəlb edilib. Nəzəri imtahanları uğurla başa vuran məşqçilər əyani surətdə imtahan verərək müvafiq sertifikatı əldə etmək imkanı qazanıblar.



Seminar və imtahan BCF Akademiyasının direktoru Envik Qalea, Akademiyanın proqram rəhbəri Dr. Tibor Kozsla, Akademiyanın idman direktoru Daniel Laskau və digər ekspertlər (ümumilikdə 10 ekspert) tərəfindən keçirilir.




Qeyd edək ki, proqram Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK), Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Olimpiya Həmrəyliyi Fondunun maliyyə və Beynəlxalq Cüdo Federasiyasının texniki dəstəyi ilə keçirilir.



Bir 8 kişi ve iç mekan görseli olabilir

Bir 6 kişi, iç mekan ve şunu diyen bir yazı 'LOCÜDO FEDERASİYASI AKADEMİYASININ MAŞQÇIL' görseli olabilir

Bir 4 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 1 kişi, çizgiler, iç mekan ve yazı görseli olabilir

Bir 4 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 7 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 5 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 6 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 4 kişi, ayakta duran insanlar ve yazı görseli olabilir

Bir 4 kişi, ayakta duran insanlar ve yazı görseli olabilir

Bir 4 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 4 kişi, ayakta duran insanlar, iç mekan ve yazı görseli olabilir

Bir 4 kişi, ayakta duran insanlar ve yazı görseli olabilir

Bir 4 kişi, ayakta duran insanlar, iç mekan ve şunu diyen bir yazı '✓ BEYNALXALQ CÜDO FEDERASİYASI AKADEMİYASININ CÜDO MAŞQC İYİ SERTİFİKAT PROQRAM 099 SOLIDARITY ACADEMY adidas ACADEMY' görseli olabilir

Digər xəbərlər