"Neftçi"də zədəlilərin son durumu

"Neftçi"də zədəlilərin son durumu
Futbol
09 Fevral 2023 - 09:25
"Neftçi" Premyer Liqanın 22-ci turu çərçivəsində görüşəcəyi "Qəbələ" ilə oyunun hazırlığını davam etdirir.

Supersport.Az xəbər verir ki, "ağ-qaralar" dünən "Türk Hava Yolları Futbol Mərkəzi"ndə növbəti məşqə çıxıblar.

Əsasən toplu çalışmalardan ibarət olan hazırlıq prosesində hazırda müalicə olunan Rəhman Hacıyev iştirak etməyib, Eddi İsrafilov və Fərid Yusifli isə fərdi məşq ediblər.

Qeyd edək ki, səfərə bu gün yollanmağı planlaşdıran "Neftçi" oyunöncəsi son məşqini Qəbələ şəhər stadionunda keçirəcək. Oyun fevralın 10-u saat 15:00-da başlayacaq.

Digər xəbərlər