Supersport.Az-ın məlumatına görə, Superliqanın lideri “Qalatasaray”, İtaliya milli komandasının futbolçusunu heyətinə cəlb edib.
Türkiyə təmsilçisi “Roma”dan 23 yaşlı hücumameyilli yarımmüdafiəçi Nikolo Zanyolonu alıb. Futbolçuyla 2026-2027-ci il mövsümünün sonunadək müqavilə imzalanıb.
“Qalatasaray” transferi Türkiyə Futbol Federasiyasına bildirərək Zaniolonun lisenziyasını da alıb. İtaliyalı oyunçunun qiyməti 30 milyon avrodur. “Roma”dan narazı ayrılan Zanyolo “Qalatasaray”ı seçib.