“Qəbələ” heyətinə yeni futbolçu cəlb edib.
Supersport.Az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
“Qəbələ” Mərakeş əsilli belçikalı futbolçu Əyyub Allaşla müqavilə imzalayıb. 25 yaşlı yarımmüdafiəçi 2024-cü ilin yayınadək Premyer Liqa təmsilçisinin formasıı geyinəcək. Onun son klubu isə Belçika “Virton”u olub.
Bu, “Qəbələ”nin 2022/23 qış transfer pəncərəsində reallaşdırdığı ilk keçiddir.
Qeyd edək ki, Əyyub Allaş karyerası ərzində “Lyers” (2014-2018), “Svope Park Reyncers” (2019-2020) və “Lyers Kempenzone” (2020-2021) klublarında da çıxış edib. Futbolçu 2015-ci ildə Mərakeşin U-20 millisinin heyətində oyun keçirib.