79 cüdo məşqçisi imtahan verəcək

Digər, Cüdo
06 Fevral 2023 - 10:55
Supersport.Az-ın məlumatına görə, Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasının 2022-ci il mart ayından başlamış birinci səviyyə cüdo məşqçiliyi sertifikatı proqramı çərçivəsində 6-18 fevral 2023-cü ildə Bakı şəhərində yekun təlimlər keçiriləcək. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) və Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə keçiriləcək tədbirdə 79 cüdo məşqçisi imtahan verəcək və akademiyanın 10 eksperti iştirak edəcək.

Təlimin açılış mərasimi 7 fevral saat 10:30-da "Judo club 2012"də baş tutacaq.

Digər xəbərlər