Video - Azərbaycan cüdoçusu Balabəy Ağayev Parisdə Fransa idmançısını məhv etdi

Digər, Cüdo
04 Fevral 2023 - 20:45

Supersport.Az-ın məlumatına görə, Fransanın paytaxtı Paris şəhərində keçirilən "Böyük Dəbilqə" turnirinin ilk günündə 60 kq. çəki dərəcəsində "Neftçi" İdman Klubunun cüdoçusu Balabəy Ağayev birinci olub.
Azərbaycan təmsilçisi fransalı idmançı Sedrik Revolu məğlub edərək qalib adını qazanıb.
Balabəy Ağayev ardıcıl olaraq Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) geridə qoyub.