Cüdoçularımız Parisdə "Böyük Dəbilqə" turnirində iştirak edəcək

Digər, Cüdo
02 Fevral 2023 - 22:38
4-5 fevralda Fransanın paytaxtı Paris şəhərində "Böyük Dəbilqə" turniri keçiriləcək. İki gün davam edəcək turnirdə dünyanın 85 ölkəsindən 527 idmançı iştirak edəcək.

Supersport.Az-ın milli federasiyanın mətbuat xidmətinə istinadən məlumatına görə, Azərbaycan milli komandası yarışda 7 çəki dərəsində 9 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçularımız mötəbər yarışda performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyüklərdən ibarət yığmanın böyük məşqçi Elçin İsmayılovun rəhbərliyi altında çıxış edəcək.

-60 kq.

Balabəy Ağayev

-66 kq.

Yaşar Nəcəfov

-73 kq.

Nurlan Osmanov

-81 kq.

Elcan Hacıyev

Zelim Tçkayev

-90 kq.

Murad Fətiyev

-100 kq.

Zelim Kotsoyev

+100 kq.

Uşanqi Kokauri

Camal Qamzatxanov

 

Digər xəbərlər