"Şamaxı"nın məqsədi premyer liqanı tərk etməməkdir" - Video

"Şamaxı"nın məqsədi premyer liqanı tərk etməməkdir" - Video
Futbol, Video
31 Yanvar 2023 - 18:33
"Qarabağ"a qarşı oynamağın xüsusiliyi var. Çünki onlar ölkəmizin ən yaxşı klublarından biridir. Onların topa daha çox sahib olacağını gözləmək olardı. Futbolçulara tapşırıqlar vermişdik. Oyunçular əzmkarlıq göstərdi. Onlara təşəkkür edirəm. Gələcəyə ümidlə baxa bilərik ki, daha yaxşı oynayacağıq".

Supersport.Az xəbər verir ki, bu sözləri “Qarabağ”a uduzan "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli deyib.


Çalışdırıcı jurnalistlərin suallarına cavab verib.

- Son dəqiqələrdə qol vurdunuz. Komandanızın oyunundan razı qaldınız?


Bəli, razı qaldım. 90 dəqiqə mübarizə aparmağa gücümüz var. Son dəqiqədə qol vurmağımız sevindiricidir. Fərdi səhvlər olsa da, yaxşı mübarizə apardıq.

- Premyer Liqada sanki ilk və ikinci beşliyə bölünüb. Özünüzü mövsümün sonunda ikinci beşliyin harasında görürsünüz?


Bacardığımız qədər xallar toplayaraq aşağı pillədən uzaqlaşmaq istəyirik. Məqsədimiz Premyer Liqanı tərk etməməkdir.

- Son pilləni tutan komanda Premyer Liqanı tərk edəcək. Təzyiq var?


Böyük təzyiq yoxdur. Planlaşdırdığımızdan daha yaxşı yerdəyik, tez inkişaf etmişik. Yolumuza baxırıq. Daha yaxşı yerlərə ümid edirik.

Digər xəbərlər