“Fənərbağça”nın istedadlı futbolçusu Arda Güler dünya nəhənglərinin siyahısındadır.
Supersport.Az-ın xarici mətbuata istinadən xəbərinə görə, iki mövsümdür parlayan Türkiyə yığmasının üzvüylə “Porto”, “Benfika”, “Mançester Yunayted” və PSJ maraqlanır.
“Fənərbağça”nın prezidenti Ali Koç transfer qiyməti 10 milyon avro olan 17 yaşlı futbolçunu buraxmaq istəmir.
Arda Gülər 4-ü ilk 11-də olan 15 matçda meydana çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsi 2025-də bitəcək.