"Qarabağ"ın yeni futbolçusunun qazancı: "Qızıl top"

"Qarabağ"ın yeni futbolçusunun qazancı: "Qızıl top"
Futbol
28 Yanvar 2023 - 13:11
"Qarabağ"ın yeni transferi Redon Cica Albaniyada 2022-ci ilin ən yaxşı futbolusu seçilib.

Supersport.Az xəbər verir ki, albaniyalı hücumçu bu münasibətlə "Qızıl top" mükafatına layiq görülüb. Bu, "Tirana"nın sabiq oyunçusunun karyerasında ilk belə mükafatı olub. "Qarabağ"a transferi səbəbindən 24 yaşlı futbolçu mükafatlandırma mərasimindən iştirak etməyib.

Redon Cica videomüraciət vasitəsilə bu mükafata layiq görüldüyü üçün həyəcanını ifadə edib: “Bu mükafata layiq görülmək mənim üçün çox böyük hissdir. Özümü bu mükafatı almaq üçün sizinlə birlikdə salonda olmadığıma görə pis hiss edirəm, amma bir neçə gün əvvəl “Qarabağ”a keçidimi yekunlaşdırdım və orada olmaq mümkün deyil. Ailəmə və çempion olduğum Tirana komandasına təşəkkür etmək istəyirəm. Demək istəyirəm ki, Alban futbolu Avropanın məşhur komandalarında karyeranızda mühüm addım atmaq üçün yaxşı vitrindir. Hər kəsə xoş axşamlar və yaxşı vaxt keçirin”.

Cica 2021/2022 mövsümündə "Tirana"nın heyətində 11 qolla Albaniya Superliqasının bombardiri olub.

Xatırladaq ki, futbolçu "Qarabağ"l a3.5 illik müqavilə imzalayıb.

Digər xəbərlər