Supersport.Az-ın məlumatına görə, 22 yanvar tarixində “Sərhədçi” İdman Mərkəzində, iki oyun ilə Azərbaycan Basketbol Liqasının (ABL) 14 -cü turuna yekun vurulub.
Günün ilk oyunu “Sərhədçi PİK” və “Gəncə BK” komandaları arasında baş tutub. Matça fəal başlayan sərhədçilər 86-78 hesablı qələbə qazanıblar.
Ən məhsuldar basketbolçular “Sərhədçi PİK”dən Maksvel Starvud (25 xal, 12 ribaund ), “Gəncə”dən Kolin Törner (24 xal, 13 ribaund) olub.
Günün ikinci oyununda “NTD BK” və “Neftçi İK” basketbolçuları qarşılaşıblar. Bu görüşdə neftçilər sensasiyaya imza ataraq, 86-79 hesabıyla qalib gəliblər. Qarşılaşmada ən məhsuldar basketbolçular “NTD”dən Kuinton Kempbel (19 xal, 4 ribaund ), “Neftçi”dən Denis Cons (24 xal, 6 ribaund) olub.
Komanda | OYUN SAYI | QƏLƏBƏ | MƏĞLUBİYYƏT | TOPLAM HESABLAR | XALLAR |
---|---|---|---|---|---|
![]() |
14 | 10 | 4 | 1243-1126 (+117) | 24 |
![]() |
14 | 10 | 4 | 1208-1123 (+85) | 24 |
![]() |
14 | 9 | 5 | 1206-1153 (+53) | 23 |
![]() |
14 | 9 | 5 | 1138-1077 (+61) | 23 |
![]() |
14 | 8 | 6 | 1156-1122 (+34) | 22 |
![]() |
14 | 6 | 8 | 1098-1113 (-15) | 20 |
![]() |
14 | 2 | 12 | 1140-1259 (-119) | 16 |
![]() |
14 | 2 | 12 | 1074-1290 (-216) | 16 |