Supersport.Az-ın məlumatına görə, “Qarabağ” Albaniya millisinin üzvü Redon Cica ilə razılığa gəlib.
24 yaşlı hücumçunun son klubu “Tirana” olub. Sol ayağı daha çox istifadə edən Xhixha bu komandada keçirdiyi 54 oyuna 32 qol vurub, 7 də assist edib.
“Qarabağ” komandaya yeni futbolçuların cəlb olunması üçün maksimum çalışır. Supersport.Az-a bu haqda Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib.
“Hazırda anlaşdığımız futbolçu yoxdur. Danışıqlar, axtarışlar davam edir. Razılığa gəldiyimiz futbolçu olsa, rəsmi açıqlama veriləcək”.