Zidandan 5 ölkə yığmasına mənfi cavab

Zidandan 5 ölkə yığmasına mənfi cavab
Futbol
21 Yanvar 2023 - 19:09
Zinedin Zidan 5 seçmə komandada çalışmaqdan imtina edib.

Supersport.Az-ın xarici mətbuata istinadən məlumatına görə, 50 yaşlı mütəxəssis Braziliya, ABŞ, Portuqaliya, BƏƏ və Qətər millilərindən gələn təklifi qəbul etməyib. Bildirilir ki, Zidan "Yuventus"un baş məşqçisi olmaq niyyətindədir.

İtaliya klubunun rəhbərliyi əsas çalışdırıcı Massimiliano Alleqriylə yolları ayırmaq istəmir.

Xatırladaq ki, Zidan "Yuventus"la futbolçu olaraq 5 titul qazanıb, iki dədə Çempionlar Liqasının finalında oynayıb, Fransa yığmasının heyətində dünya və Avropa çempionu olub.

Mütəxəssis məşqçi kimi "Real Madrid"ə üç dəfə ardıcıl Çempionlar Liqası Kubokunu, iki UEFA Superkubokunu, ikiqat dünya çempionluğunu qazandırıb.

Digər xəbərlər