Supersport.Az “Qarabağ”dan “Krasnodar”a keçən Kadi Borgesin Rusiya klubunun Dubayda keçirdiyi hazırlıq proseslərindən fotolar təqdim edir.
Braziliyalı futbolçu yanvarın 14-də yeni komandasıyla 2026-cı ilin iyununadək müqavilə imzalayıb. Kadi həmin gün klubun məşqinə qoşulub. O, bir həftədir hazırlıq proseslərində iştirak edir.
Şəkillər “Krasnodar”ın saytında verilib.