“Qarabağ” Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazanıb.
Supersport.Az PFL-ə istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 18-ci turunda Qurban Qurbanovun komandası səfərdə “Səbail”ə 3 qolla qalib gəlib.
Ağdam klubu 1992-ci ildən keçirilən yarışın tarixinə 500 qələbə qazanan ilk komanda kimi düşüb. Bu yubiley 871-ci oyunda qeydə alınıb.
“Qarabağ”ın ilk qələbəsi 1992-ci ildə olub. Mayın 6-da Kürdəmir “Şirvan”ını qəbul edən Ağdam komandası 6:0 hesabı ilə qələbəyə sevinib.