İlk gün bir medal

İlk gün bir medal
Digər, Cüdo
20 Dekabr 2022 - 21:13
Supersport.Az-ın məlumatına görə, İsraildə keçirilən "Masters" turninin ilk günündə ölkəmiz bir medal qazanıb.

Yarışda 60 kq-da mübarizə aparan Balabəy Ağayev bürünc mükafat uğrunda digər təmsilçimiz Turan Bayramova qalib gəlib. Bu çəkidə Turan 5-ci, Kəramət Hüseynov 7-ci olub.

Turnirdə 66 kq çəkidə Yaşar Nəcəfovla Orxan Səfərov, qadınlar arasında isə 48 kq çəkidə Leyla Əliyeva medalsız qalıb.

Digər xəbərlər