Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində üçüncü tura start verilib.
Supersport.Az xəbər verir ki, A və B qruplarında son turun oyunları oynanılır.
Dörd xala malik Niderland Qətəri məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Ekvadorla Seneqal isə qrupdan çıxmaq uğrunda mübarizə aparıb. Seneqallıları qalib gələrək istəyinə çatıb.
B qrupunda İngiltərə millisi Uelsi, ABŞ İranı məğlub edərək növbəti mərhələyə vəsiqə əldə edib.
29 noyabr
A qrupu
Ekvador – Seneqal 1:2
Qollar: Moyzes Kaysedo, 68 – İsmaila Sarr, 44 (pen), Xalidu Kulibali, 70
Niderland – Qətər 2:0
Qollar: Kodi Qakpo, 27, Frenki de Yonq, 50
B qrupu
23:00. İran – ABŞ 0-1
Qol: Kristian Puluşiç 38
23:00. Uels – İngiltərə 0-3
Qollar: Markus Raşford 50, 68, Fil Foden 51.