Supersport.Az-ın məlumatına görə, Qırğızıstanın Bişkek şəhərində sambo üzrə dünya çempionatının ilk günü yığmamız bir medal qazanıb. Yarışda 50-dən çox ölkənin idmançıları mübarizə aparır. Çempionatın birinci günündə təmsilçimiz Elvin Bağırov (64 kq) gümüş mükafata sahib çıxıb. Türkmənistanlı Muhamməd Kossekov birinci, erməni Maksim Manukyan üçüncü olub.