Azərbaycan zirvədə möhkəmlənib

Azərbaycan zirvədə möhkəmlənib
Digər, Cüdo
05 Noyabr 2022 - 22:11
Supersport.Az-ın məlumatına görə, Azərbaycan 61 ölkədən 360-dan çox cüdoçunun mübarizə apardığı "Böyük Dəbilqə" turnirində uğurlu çıxışını davam etdirməklə zirvədədir. İki günün nəticəsinə əsasən ölkəmiz 3 qızıl, 2 bürünc medal qazanıb. Azərbaycan bu nəticə ilə bütün ölkələri qabaqlayaraq birinci yerdə qərarlaşıb. Aktivlərində 1 qızıl, 1 gümüş medal olan Niderland və Kanada komandaları, müvafiq olaraq ikinci və üçüncü yerləri tuturlar.

Qeyd edək ki, yarışın ilk günü qızıl medalları yığmamızın aktivinə Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), bürünc mükafatları isə Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) yazdırıblar.

Bakıdakı yarış noyabrın 6-da başa çatacaq.

Digər xəbərlər