Supersport.Az-a açıqlamasında Azərbaycanın əməkdar məşqçisi Tərlan Həsənov yetirməsi Hidayət Heydərov haqda fikirlərini bölüşüb.
Təcrübəli mütəxəssis cüdoçunun indiyədək 80-dən artıq yarışda mübarizə apardığını, böyük potensiala malik olduğunu, məğlubiyyətləri qəbul etmədiyini bildirib. Hidayəti dəbilqəsiz döyüşçü hesab edən əməkdar bədən tərbiyəsi və idman xadimi Tərlan Həsənov, ondan olimpiya çempionluğu gözlədiyini söyləyib.
Qeyd edək ki, H.Heydərov bu il Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı, Bakıda “Böyük Dəbilqə” turnirinin qalibi olub.