"Qarabağ" reytinqdə irəlilədi

"Qarabağ" reytinqdə irəlilədi
Futbol
04 Noyabr 2022 - 20:03
Ağdamın "Qarabağ" komandası UEFA-nın klub reytinqində 4 pillə irəliləyib.

Supersport.Az xəbər verir ki, Ağdam təmsilçisi UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu – altıncı turunun matçlarından sonra açıqlanan siyahıda 61-ci sırada yer alıb. Hazırda Azərbaycan çempionunun aktivində 25.000 xal var.

"Qarabağ" klubu Avropa Liqasının G qrupunun son turunda Bakıda Almaniya "Frayburq"u ilə heç-heçə edib. Məhz bu nəticə Azərbaycan təmsilçisinin reytinqdə irəliləməsinə səbəb olub.

"Qarabağ" "Fənərbağça"nı (65-ci yer, 24.000 xal), "Ferentsvaroş"u (69-cu yer, 23.000), "Lester"i (70-ci yer, 23.000 xal), "Viktoriya Plzen"i (73-cü yer, 22 xal) və başqa klubları geridə qoyub.

Qeyd edək ki, cədvələ 131,000 xalla İngiltərənin "Mançester Siti" klubu başçılıq edir.

 

Digər xəbərlər