Hidayət zədəli halda mükafat qazandı, Rüstəm medalsız qaldı

Hidayət zədəli halda mükafat qazandı, Rüstəm medalsız qaldı
Digər, Cüdo
08 Oktyabr 2022 - 21:00
Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə dünya çempionatı davam edir.

Supersport.Az xəbər verir ki, Azərbaycanın daha 2 cüdoçusu bu gün mübarizəyə başlayıb. Rüstəm Orucov (73 kq) ilk görüşündə braziliyalı Daniel Karqninə uduzaraq, mundialla vidalaşıb.



Mübarizəyə 1/16 finaldan qoşulan Hidayət Heydərov (73 kq) isə ardıcıl olaraq belçikalı Abdul Malik Umayev və özbəkistanlı Şaxram Axadova qalib gələrək, 1/4 finala adlayıb. O, bu mərhələdə italiyalı Manuel Lombardo ilə qarşılaşıb. Rəqibinə məğlub olan Heydərov yarımfinala vəsiqə şansını itirib. Hidayət təsəlliverici görüşdə kanadalı Artur Margelidonla qarşılaşıb. Rəqibinə vazari ilə qalib gələn Heydərov, bürünc medal qarşılaşmasına vəsiqə qazanıb.  Burada isə  israilli Tohar Butbulla qarşılaşan idmançımız ipponla qalib gələrək bürünc medal qazanıb. Bununla da, o, karyerasında 3-cü dəfə (2018, 2019, 2022) mundialda bürünc medal qazanıb. O, həmçinin ikiqat Avropa çempionudur.

R.Orucov isə ilk görüşündə braziliyalı Daniel Karqninə uduzaraq mundialla vidalaşıb.

Digər xəbərlər