Supersport.Az-ın əldə etdiyi xəbərə görə, AFFA milli komandaya ayrılan mükafatın məbləğini azaldıb.
Məlumatlı mənbə bildirib ki, qurum buna səbəb olaraq maddi problemi əsas göstərib.
AFFA milli üçün vəsaiti üç dəfə azaltdığından futbolçular narazılıq edib. Əvvəllər yığma komandanın bir qələbəsinə əsasən hər futbolçu 30 min manat qazanırdı. İndi isə bu məbləğ 10 min manat olub.
UEFA Millətlər Liqasında Belarus, Slovakiya və Qazaxıstan seçmə kollektivlərini məğlub edən Azərbaycan millisinin üzvləri, AFFA “kasıbladığı” səbəbindən hərəyə 90 min deyil, 30 min manat alacaqlar.