"Qarabağ"da təsisçi dəyişəcək

"Qarabağ"da təsisçi dəyişəcək
Futbol
23 Sentyabr 2022 - 14:43
"Qarabağ Futbol Klubu" MMC təsisçinin dəyişdiyini bəyan edib.

Supersport.Az xəbər verir ki, klub bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində elan verib.

Bildirilib ki, oktyabrın 13-də, saat 15:00-da Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 94 ünvanında ("Azərsun Holdinq" MMC-yə məxsus ünvandır) "Qarabağ Futbol Klubu"nun iştirakçılarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaqda təsisçi dəyişikliyi ilə bağlı Klubun nizamnaməsinə dəyişikliklərin edilməsi - nizamnaməsinin 6-cı redaksiyada təsdiq edilməsi, dövlət qeydiyyatı məlumatlarındakı dəyişikliklərin qeydə alınması üçün qeydiyyat orqanına müraciətlə bağlı məsələlər müzakirə olunacaq.

Klubun yeni təsisçisi barədə məlumat verilməyib.

"Qarabağ Futbol Klubu" kommersiya qurumu kimi 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,616 milyon manatdır.

Digər xəbərlər