"Futbolçular topa baxmırdı"
Futbol
23 Sentyabr 2022 - 10:45
Slovakiya millisinin çalışdırıcısı Françesko Kaltsona UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunun Azərbaycanla oyunundan sonra danışıb.
Supersport.Az xəbər verir ki, italiyalı mütəxəssis komandasının 1:2 hesablı məğlubiyyətini mətbuat konfransında belə şərh edib:
"İlk yarıda çox pis oynadıq. Fasilədən sonra diqtə edən tərəf olduq. Buraxılan qoldan sonra isə komanda daha yaxşı oynamağa başladı. Məğlubiyyətə layiq deyildik. Çünki topa 71 faiz biz sahib idik. Ona görə də məğlub olduğumuza görə əsəbiyəm. Uşaqlar onlardan məşqlərdə tələb etdiyimi tətbiq etməyə çalışırdı. Son dəqiqədə uşaq səhvi etdik və ikinci qolu buraxdıq. Futbolçular topa baxmırdı. Halbuki onlar bunun haqda düşünməliydi. Slovakiya kimi millidə belə səhvlər olmamalıdır. Oyunumuzdan razı qaldım. Sadəcə olaraq, nəticə məyusedici idi. Fiziki hazırlığımız yaxşıdır, problemimiz təfəkkürlə bağlıdır".