PFL prezidenti: "Problemləri aradan qaldırılmaq üçün addımlar atılır"

PFL prezidenti: "Problemləri aradan qaldırılmaq üçün addımlar atılır"
Futbol
21 Sentyabr 2022 - 19:39
Peşəkar Futbol Liqasının rəhbər heyəti "Sabah" klubu ilə görüş keçirib.

Supersport.Az xəbər verir ki, görüşdə klubu prezident Maqsud Adıgözəlov, icraçı direktor Ramin Həsənov və idman direktoru İqor Ponomaryov, PFL-i isə prezident Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, texniki idman direktoru Elgiz Abbasov və media və marketinq direktoru Sənan Abdullayev təmsil edib.

Maqsud Adıgözəlov qonaqları salamladıqdan sonra görüşə görə minnətdarlığını ifadə edib. Adıgözəlov xüsusilə çempionatın təşkili ilə bağlı "Sabah" klubu olaraq böyük gözləntilərinin olduğunu bildirib. Bugünkü hədəflərinin ilk olaraq yüksək keyfiyyətli infrastruktur, aşağı yaş qrupları üçün geniş imkanların yaradılması olduğunu vurğulayan klubun rəhbəri bununla yanaşı Azərbaycan Premyer Liqasında da uğurlu nəticələr əldə etməyə çalışdıqlarını qeyd edib. Adıgözəlov Premyer Liqa ilə bağlı iradlarını bu cür rahat şəkildə ifadə etməyə imkan yaratdıqlarına görə Elxan Səmədova bir daha təşəkkür edib.

Səmədov isə öz növbəsində PFL olaraq klubların istənilən müzakirələrinə açıq olduqlarını, təşkilati məsələlərlə bağlı problemlərin aradan qaldırılması yönündə bir sıra addımların artıq atıldığını bildirib.

Digər xəbərlər