"Qarabağ"ın rəqibində yeni baş məşqçi

"Qarabağ"ın rəqibində yeni baş məşqçi
Futbol
21 Sentyabr 2022 - 15:00
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Olimpiakos" baş məşqçisinin rəsmi təqdim edib.

Supersport.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Pirey təmsilçisi ispan mütəxəssis Miçel Qonsaleslə anlaşıb.

59 yaşlı mütəxəssis "Olimpiakos"a qayıdıb. O, 2013-2015-ci illərdə Yunanıstan klubunu çalışdırıb.

Miçel məşqçilik karyerasına "Rayo Valekano"da başlayıb, sonra "Real Mabrid"in infrastrukturunda çalışıb. "Xetafe", "Sevilya"yada da fəaliyyət göstərən mütəxəssis "Olimpiakos"a rəhbərlik edib. Yunanıstandan ayrıldıqdan sonra "Marsel", "Malaqa", "Pumase" (Meksika) klubunda işləyib.

"Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da Yunanıstanda, növbəti matçını isə bir həftə sonra Bakıda oynayacaq.

 

Digər xəbərlər