Millimizin heyəti

Millimizin heyəti
Digər, Cüdo
19 Sentyabr 2022 - 20:00

Supersport.Az-ın məlumatına görə, 6-13 oktyabr 2022-ci ildə Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında Dünya çempionatı keçiriləcək. Beynəlxalq səviyyədə bu ilin cüdo üzrə ən mötəbər yarışı olan bu çempionatda Azərbaycanı 11 idmançı təmsil edəcək. Mundiala ümumilikdə 80-dən çox ölkədən 500-dən çox idmançı qatılacaq.




Cüdoçularımıza performans direktor Mark van der Ham, kişilərdən ibarət milli yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət milli yığmanın baş məşqçisi Rəşad Məmmədov, böyük məşqçilər Mövlud Mirəliyev, Elçin İsmayılov və Mehman Əzizov, böyük performans analitik Zaur Babayev rəhbərlik edəcəklər.



Dünya çempionatında fərdi yarışlar 6-12 oktyabr tarixlərində, komanda yarışları isə 13 oktyabrda Daşkənddə yerləşən "Humo Arena"da keçiriləcək. Fərdi yarışlarda təmsil olunacaq Azərbaycan milli yığmasının heyəti aşağıdakı kimidir:




Qadınlar




-48 kq.

Leyla Əliyeva




-52 kq.

Gültac Məmmədəliyeva




Kişilər




-60 kq.

Kəramət Hüseynov




-66 kq.

Orxan Səfərov

Yaşar Nəcəfov




-73 kq.

Rüstəm Orucov

Hidayət Heydərov




-81 kq.

Səid Mollayi




-90 kq.

Məmmədəli Mehdiyev




-100 kq.

Zelim Kotsoyev




+100 kq.

Uşanqi Kokauri

Digər xəbərlər