Video - "Qarabağ" nə vururdusa, hamısı qol olurdu" - Rəşad Sadıqov

Video - "Qarabağ" nə vururdusa, hamısı qol olurdu" - Rəşad Sadıqov
Futbol, Video
18 Sentyabr 2022 - 22:30
"Danışılacaq nəsə yoxdur. Rəqib bizdən üstün idi".

Supersport.Az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Qarabağ"a 1:7 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VII tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis rəqibin böyük motivasiya ilə oynadığını bildirib: "Belə məğlubiyyətin bir çox səbəbləri var. Birinci qolu buraxmağımız an rəqibdə inam artdı. Kobud səhvlərimiz oldu. "Qarabağ" 8 qol epizodu yaratdı və bunların 7-si qol oldu. "Qarabağ" nə vururdusa, hamısı qol olurdu. Ramil Şeydayevin epizodundan başqa boşa verilən qol anı xatırlamıram".


Sadıqov rəqibin qarşısıalınmaz olduğunu söyləyib:

"Hesabın böyük olmaması üçün müəyyən dəyişikliklər etdik. Amma alınmadı. Müdafiədə boşluqlar var idi. Bu gün Musa Qurbanlının günü idi. Onda hər şey alınırdı. Bizim üçün uğursuz gün idi. Rəqib üçün isə uğurlu gün oldu. İlk hissədə qapalı futbol oynayaraq əks-hücumlara bel bağlamaq niyyətində idik. Birinci hissədə qol vurduq, amma sistem işləmirdi. Hücum xəttini gücləndirmək niyyətində olsaq da, əks effekt verdi. Qismət Alıyev zədəli olduğu üçün ikinci yarıda meydana buraxdıq. Keyta da eyni durumdur. Onu da eyni səbəbdən ikinci hissədə əvəzlədik. Bir çox futbolçu bu gün ən zəif oyunlarını keçirdilər. Rəqib də çox sürətli və dinamik çıxış edirdi".

Digər xəbərlər