Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasında 7-ci tur başa çatıb.
Günün ilk matçında Qəbələdə “Kəpəz” “Şamaxı”nı qəbul edib. Gəncə klubu yeni baş məşqçi Tərlan Əhmədovun rəhbərliyində ilk qələbəsini qazanıb.
Tura Zirədə yekun vurulub. Burada qəsəbənin eyniadlı komandası “Qarabağ”la qarşılaşıb. Ağdam klubu 7:1 hesabıyla qalib gəlib.
Azərbaycan Premyer Liqası
VII tur
“Qarabağ”ın heyətində Musa Qurbanlı poker edib.
Bu qələbə ilə xallarını 18-ə çatdıran “Qarabağ” yenidən liderliyə yüksəlib.
18 sentyabr (bazar)
20:30. “Zirə” – “Qarabağ” – 1:7
Qollar: Coşqun Dİniyev, 34 (1:0), Toral Bayramov, 44 (1:1), Musa Qurbanlı, 56 (1:2), 60 (1:3), Kadi, 64 (1:3), Ramil Şeydayev, 68 (1:5), Musa Qurbanlı, 79 (1:6), Musa Qurbanlı, 85 (1:7)
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Əli Əliyev
Zirə İdman Kompleksinin stadionu
18:00. “Kəpəz” – “Şamaxı” – 2:1
Qollar: Nihad Quliyev, 5 (0:1), Ahmed Ayzaya, 47 (1:1), Abdullahi Şuaybu, 60 (2:1)
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu
17 sentyabr (şənbə)
“Qəbələ” – “Sumqayıt” – 1:0
16 sentyabr (cümə)
“Səbail” – “Neftçi” – 0:2
“Sabah” – “Turan Tovuz” – 3:1
Bombardirlər:
Ramil Şeydayev (“Qarabağ”) – 7 qol
Musa Qurbanlı (“Qarabağ”) – 7 qol
Coy Lens Mikels (“Sabah”) – 5 qol
Runi Eva (“Turan Tovuz”) – 4 qol