
“Qarabağ”la oynayacağımız üçün xoşbəxtəm” – “Frayburq”un baş məşqçisi
Supersport.Az-ın məlumatına görə, “Frayburq”un baş məşqçisi Kristian Ştrayx “Qarabağ”a qarşı keçirəcəkləri matçdan öncə təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
“Qarşımızda hər il Avropa Liqasında və ya Çempionlar Liqasında çıxış edən və beynəlxalq təcrübəyə malik komanda var. Görüşü səbirsizliklə gözləyirik. Son illər avrokuboklarda sabit çıxış edən komanda ilə oynayacağımız üçün xoşbəxtəm. Biz Bundesliqa oyunlarına da eyni ciddiyətlə yanaşırıq. Hər iki liqada inamlı çıxış etmək istəyirik”.