Tərlan Əhmədov: "Bu, bizim üçün bəhanə olmamalıdır"

Tərlan Əhmədov: "Bu, bizim üçün bəhanə olmamalıdır"
Futbol
05 Sentyabr 2022 - 07:41

Supersport.Az-ın məlumatına görə, Gəncədə "Kəpəz"lə 1 illik müqavilə imzalayan klubun yeni baş məşqçisi Tərlan Əhmədov açıqlama verib.


"Gəncə Azərbaycan futboluna saysız-hesabsız futbolçular bəxş edib. "Kəpəz"in böyük ənənələri var. Biz hamımız birlikdə çalışıb bunu bərpa etməliyik. Hara gəldiyimi yaxşı başa düşürəm. Çətinlikləri bilirəm. Amma bu, bizim üçün bəhanə olmamalıdır. İşimizi görməliyik, yaxşı nəticələr qazanmalıyıq. Klub rəsmiləri, azarkeşlər, veteranlar birlikdə olmalıyıq. Mən sizə söz verirəm ki, yaxın zamanlarda komandanın oyununda, nəticələrində irəliləyişlər görəcəksiniz. Birdən-birə heç nə olmur, zaman lazımdır. Görüləcək işlərimiz həddindən artıq çoxdur. Komanda uzun müddət Premyer Liqada olmayıb. Hamı istəyir ki, Gəncədə futbol olsun, futbolçular yetişsin. Mənə verilən şansdan istifadə edib nəticələr qazanmağa çalışacağıq. Səylə işləyəcəyik. Hamımız üçün xeyirli-uğurlu olsun".


Digər xəbərlər